AZ

Bu ölkənin prezidenti də COP29-da iştirak edəcək

Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedi Bakıya gələcək.

O, Bakıda keçiriləcək COP29 sammitində iştirak edəcək.

Məlumatı Konqo Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İvan Vanqu Nqimbi verib.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir Konqo Demokratik Respublikasının Prezidentinin bu tədbirdə iştirak edəcəyini vurğulayıb.

Prezident İlham Əliyev Konqo Prezidentinin COP29 tədbirində iştirak edəcəyindən məmnunluğunu bildirib.

"Cebheinfo.az"

Seçilən
28
3
cebheinfo.az

4Mənbələr