AZ

UEFA "Qarabağ"ın məşqçisini iki oyunluq cəzalandırdı

Bakı. Trend:

UEFA "Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarovuiki oyunluq cəzalandırıb.

Trend xəbər verir ki, buna 47yaşlı mütəxəssisin Bakıda "Ayaks"a uduzduqları (0:3) AvropaLiqasının Liqa mərhələsinin III turunun matçında qırmızı vərəqəalması səbəb olub.

Görüşü idarə edən şotlandiyalı FIFA referisi Nikolas Uolşfasilədə Bolqarıstandan olan məşqçiyə qırmızı vərəqə göstərib.

O, Avropa Liqasında qarşıdakı iki matçda texniki zonada əyləşəbilməyəcək.

Bundan əlavə, həmin qarşılaşmada birbaşa qırmızı vərəqə görənJulio Romao və ikinci sarı vərəqədən sonra meydandan qovulan ElvinCəfərquliyev hərəyə bir oyunluq cəzalandırılıblar.

Qeyd edək ki, "Qarabağ" IV turda, noyabrın 7-də Norveçdə "BudyoQlimt"in qonağı olacaq.

Seçilən
48
48
az.trend.az

10Mənbələr