Filippinin keçmiş prezidenti Rodriqo Duterte qızı, vitse-prezident Sara Dutertenin impiçment elan ediləcəyi təqdirdə siyasətə qayıdacağını bildirib.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Onun şərhləri, vitse-prezidentin məxfi fondlarla əlaqələrinə görə ictimai nəzarətlə üzləşdiyi bir vaxta təsadüf edir. Deputatlardan biri deyib ki, Nümayəndələr Palatasında onun vəzifədən çıxarılması üçün qeyri-rəsmi danışıqlar olub.
“Bunu etsəniz, siyasətə qayıdacağam. Mən bunu etməyə məcbur olacağam. Ya senator, ya da vitse-prezidentliyə namizədliyimi irəli sürəcəyəm, qoca olsam da”, - 78 yaşlı Duterte deyib.