Argentinalı üsyan etdi: "Bu, necə mümkün ola bilər?"
Argentina millisinin müdafiəçisi Lisandro Martines DÇ-2026-nın seçmə mərhələsinin Braziliya ilə oyunundan əvvəl tribunada azarkeşlərlə polis arasında baş verən iğtişaşlar haqda açıqlama verib.
Futbolpress.az xəbər verir ki, Martines sosial şəbəkə hesabında polisin fanatları döyməsindən yazıb:
"Braziliya polisini izləmək utancvericidir. Bu, necə mümkün ola bilər? Belə səhnələri nə qədər izləyəcəyik? Braziliyada dəyişən nəsə yoxdur".
Matçdan öncə tribunalarda azarkeşlər arasında dava başlayıb. Hadisə nəticəsində Argentina yığması meydanı tərk edib. Oyun fanatların səbəb olduğu qarışıqlığa görə 30 dəqiqə gec başlayıb.
Argentina Braziliyanı 1:0 hesabıyla məğlub edib.