AZ

Türkiyə yaşayış binasında partlayış oldu: 1 nəfər öldü, 17 yaralı var

Türkiyənin şimalındakı Çorum şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 17 yaralı var.

Teleqraf.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, Osmancık küçəsində yerləşən binanın 3-cü mərtəbəsindəki mənzildə məişət qazı partlayıb.

Təcili yardım xidmətləri hadisə yerindədir.

Partlayış nəticəsində evin bir neçə mərtəbəsi demək olar ki, tamamilə dağılıb, yaxınlıqdakı tikililərə, eləcə də küçədə dayanmış avtomobillərə ziyan dəyib.


Müəllif: Teleqraf.com
Seçilən
119
8
teleqraf.com

10Mənbələr