AZ

Azərbaycan Kubokunda ilk qalib bəlli oldu

Kişi voleybolçular arasında Azərbaycan Kubokunun qalibi bəlli olub.

Sportnet.az xəbər verir ki, finalda "Azərreyl" və “Xilasedici” komandaları qarşılaşıblar. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan görüş “Xilasedici”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da komanda ölkə kubokunun qızıl medallara sahib çıxıb.

Qadınların mübarizəsində isə "Gəncə" komandası bu gün "Abşeron”la üz-üzə gələcək. Eyni məkanda təşkil olunacaq matç saat 18:00-da başlayacaq.

Final qarşılaşmalarından sonra qaliblərin mükafatlandırma və yarışın bağlanış mərasimi keçiriləcək.


Seçilən
97
5
sportnet.az

6Mənbələr