UEFA Çempionlar Liqasının əsas mərhələsində IV tura start verilib.
Publika.az xəbər verir ki, ilk oyun günündə 9 görüş keçirilib.
Turnirin son qalibi olan İspaniyanın “Real Madrid” komandası evdə “Milan”la (İtaliya) qarşılaşıb. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İngiltərə təmsilçisi “Liverpul” isə doğma meydanda Almaniya “Bayer”in qapısında dörd cavabsız top keçirib.
UEFA Çempionlar Liqası
Əsas mərhələ
IV tur
PSV (Niderland) - "Jirona" (İspaniya) - 4:0
"Slovan" (Slovakiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:4
"Real Madrid" (İspaniya) - "Milan" (İtaliya) - 1:3