AZ

Avropa Liqası: "Beşiktaş" bu gün İsveç klubunu qəbul edəcək

Türkiyənin "Beşiktaş" klubu bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, İstanbul təmsilçisi İsveçin "Malmö" kollektivini qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Hər iki komanda turnirin Liqa mərhələsində əvvəlki üç matçın ikisində məğlub olub, birində qələbə qazanıb.

Qeyd edək ki, IV turun digər görüşləri noyabrın 7-də gerçəkləşəcək.

Seçilən
68
6
far.az

7Mənbələr