AZ

Şri-Lanka vətəndaşı sərhədi pozmağa cəhd edib - RƏSMİ

Bakı. Trend:

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsindəDövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəddəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığınəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə bildirilib ki, noyabrın 21-dəsaat 20:38-də Qusar rayonunun Şirvanlı kəndi yaxınlığında yerləşənsərhəd zastavasının xidməti ərazisində 1989-cu il təvəllüdlüŞri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı VictorPunitha Vidtithiran Azərbaycan Respublikasından Rusiya Federasiyasıistiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkənsaxlanılıb.

Araşdırma zamanı saxlanılan əcnəbi vətəndaşların ölkə ərazisinərəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq AzərbaycanRespublikasından Rusiya Federasiyasına, oradan isə Avropaölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyənedilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraqzərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləridavam etdirilir.

Məqalədə:
Seçilən
263
25
az.trend.az

9Mənbələr