AZ

Endirim, yoxsa fırıldaq... - "Black friday" kimin cibini doldurur?

Bakı. Trend:

Sabah bütün dünyada “black friday”, yəni “qara cümə” adı altındamağazalarda məhsullara xüsusi endirimlər təşkil ediləcək. Son illərbu ənənə ölkəmizdə də formalaşmağa başlayıb.

Paytaxtın bəzi mağazaları həmin gün endirimlər edərək,müştəriləri cəlb etməyə çalışırlar. Lakin bir çoxları buendirimlərin həqiqi olmadığını, ya da az olduğunu deyirlər.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında marketoloq Bəylər Əlizadəbildirib ki, “qara cümə” endirimlərinin bir neçə məqsədi var.

"Mağazalar var ki, “qara cümə"ni rəqibindən geri qalmamaq,stokda qalan malı satmaq üçün edir. Lakin bunlarla yanaşı, ciddiendirim edən mağazalar da var. Böyük mağazalar ciddi endirimlərəgedə bilirlər. Bununla onlar stokda qalan mallarını satırlar.Stokdakı mallar da illərdir satılmayanlardır. Bunun özü dəmağazalar üçün xərcdir. Onlar bu məhsullardan qurtulmaq üçün “qaracümə" bəhanəsi ilə endirim edirlər. Çünki belə məhsulları adigünlərdə endirim edib satmaq da çətin olur. Lakin “qara cümə"yanaşması insanlarda psixoloji olaraq məhsulun stokda qalmasınıarxa plana atır. İnsanlar düşünürlər ki, endirimlə məhsulalırlar.

Paytaxtdakı mağazalara nəzər salsaq, daha çox "qara cümə"dənəvvəl qiymətlərin qaldırılıb, sonra endirildiyini müşahidə edərik."Qara cümə"də minimal endirim 40%-dən yuxarı olmalıdır".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki,bu günlərdə satıcılar keyfiyyətsiz malları satmağa çalışır.

"Burada əsas niyyət sahibkarların çoxlu gəlir əldə etməsidir.Belə ki, ölkəmizdə "qara cümə"yə iki ay qalmış qiymətlər bilərəkdənqaldırılır. Guya sonra endirirlər. Bu, böyük bir marketinqlayihəsidir. İnsanlara sıradan çıxan malları satırlar", - deyə oqeyd edib.

Məqalədə:
Seçilən
606
6
az.trend.az

10Mənbələr