Qəzza zolağında Fələstinin İslamçı HƏMAS hərəkatının yaraqlıları tərəfindən saxlanılmayan girovlar var.
SİA-nın əldə etdiyi məlumata görə, RBC xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbəyə istinadən məlumat yayıb.
Kanalın həmsöhbəti girovların hansı qruplaşmalar tərəfindən saxlandığını və onlarla danışıqların aparılıb-aparılmadığını açıqlamayıb.
Kanalın həmsöhbəti qeyd edib ki, HƏMAS girovların köçürülməsi marşrutu barədə İsrail tərəfinə məlumat verməkdən imtina edib. O, israilli girovların əvvəlcə Qırmızı Xaç işçilərinə təhvil veriləcəyini, daha sonra Misirə, oradan isə Təl-Əvivə göndəriləcəyini açıqlayıb.
Nazlı