"Amerikalı sahibkar və milyarder İlon Mask bildirib ki, Avropa sürətlə vətəndaş müharibəsinə doğru gedir".
Publika.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
İş adamı vurğulayıb ki, Avropada böhranların eskalasiyası mütəmadi olaraq baş verir:
"Münaqişənin dərəcəsi hər il, hətta bəlkə də hər ay artır. Dublindəki iğtişaşlar Avropada inkişaf edən bu daxili münaqişənin yalnız bir nümunəsidir".