ABŞ Prezidenti Co Biden Bakı COP29-da əldə edilən razılaşmanı “tarixi nəticə” kimi qiymətləndirib və COP29 Azərbaycan prezidentliyini və Tərəfləri buna görə təbrik edib.
Böyük Britaniyalı nazir Ed Miliband deyib ki, əldə edilən razılaşma "hər şey" deyil, "amma bir addım irəlı atılıb".
Razılaşma mətninin birinci layihəsini tənqid etmiş Avropa İttifaqının rəsmisi Wopke Hoekstra COP29-u "iqlim maliyyəsi üzrə yeni dövrün başlanğıcı kimi yadda qalan" tədbir adlandırıb.
Nigeriyalı təmşilçi Nkiruka Maduekwe COP 29 Bakı razılaşmasını "təhqir", bəzi xeyriyyə təşkilatları isə "okeanda bir damla" adlandırıb.
Azərbaycan COP29, BMT-nin iqlim konfransında uzun danışıqlardan sonra əldə edilən razılığa görə, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə təxminən 10 il ərzində hər il 300 milyard dollar ödəyəcəklər.
Bu vəsait kasıb ölkələrə iqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün verilir.
COP29: razılıq əldə olundu, kasıb ölkələrə yardım 300 milyard dollardırCOP29-un Azərbaycan prezidentliyi karbon barədə razılaşmanın təsdiqinə nail olubAzərbaycanda keçirilən COP29 nədir, xərcini kim çəkir, kimlər gəlib? 10 suala cavabda"Bu nəticə məqsədə daha bir addım yaxınlaşdırır"
Şəklin mənbəyi, Getty Images