AZ

Binə qəsəbəsində işıq kəsiləcək

Xəzər RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) aid olan Binə qəsəbəsində 6 kV-luq hava xəttində naqillərin yenilənməsi ilə əlaqədar noyabrın 25-dən 29-dək elektrik xətləri müəyyən olunmuş qaydada bağlanacaq.

Day.Az-ın məlumatına görə, bu barədə "Azərişıq" açıqlama yayıb.

 

Açıqlamaya görə, bu dövrdə saat 10:00-dan 16:00-dək Binə Atçılıq yaşayış massivinin bir neçə ərazisində elektrik təchizatında məhdudiyyətlər olacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.

Seçilən
69
49
day.az

10Mənbələr