AZ

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə gördüyü işlər əməkdaşlıq üçün yeni imkanlar yaradacaq - Şavkat Mirziyoyev

Bakı. Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə gördüyü işlərəməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

Trend-in verdiyi məlumatagörə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilənBMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının(SPECA) sammitində çıxışı zamanı deyib.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldanazad edilmiş ərazilərində aparılan nəhəng quruculuq işləri,şübhəsiz ki, regional əməkdaşlığın inkişafı üçün yeni imkanlaryaratmağa xidmət edəcək", - o vurğulayıb.

Mirziyoyev xüsusilə qeyd edib ki, Azərbaycanın səmərəli sədrliyidövründə SPECA çərçivəsində regional əməkdaşlıq tamamilə yenisəviyyəyə yüksəlib.

“Əsası Daşkənddə qoyulmuş bu mühüm platforma Dayanıqlı İnkişafMəqsədlərinə nail olmaq üçün regional tərəfdaşlığın effektivmexanizmi kimi öz aktuallığını açıq şəkildə nümayiş etdirdi”, - odeyib.

Şavkat Mirziyoyev həmçinin qeyd edib ki, SPECA çərçivəsindəticarət, rabitə, nəqliyyat və logistika, rəqəmsallaşma, enerji, suehtiyatları, ekologiya, gender bərabərliyi və digər sahələrdəpraktiki əməkdaşlığın genişləndirilməsi, strategiyalar üzrə 400-dənçox layihə həyata keçirilib, ticarətin asanlaşdırılması vəinnovativ inkişafı üçün strategiyalar qəbul edilib.

Qeyd edək ki, noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiyaİqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) 25 illiyinə həsrolunan sammit keçirilir.

Hazırda SPECA-nın üzv ölkələri Azərbaycan, Əfqanıstan,Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan vəÖzbəkistandır.

26 mart 1998-ci ildə təsis olunan SPECA BMT-nin bu ölkələrəiqtisadi inkişafda yardım göstərilməsi, əməkdaşlıq, Avropa və Asiyaiqtisadiyyatına inteqrasiya üzrə xüsusi proqramı qismində çıxışedir. SPECA regional əməkdaşlıq yolu ilə daha yaxşı əldə ediləbiləcək dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olmaq üçünsubregional platforma təklif edir.

Seçilən
606
50
az.trend.az

10Mənbələr