Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədovun FIDE-nin 2024-cü il üçün açıqladığı son reytinqindəki mövqeləri bəlli olub.
Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu gün ilin sonuncu reytinq siyahısını açıqlayıb.
2024-cü ilin sonuncu reytinq cədvəlində Azərbaycan şahmatçılarından ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. Bir pillə geriləyən qrossmeysterimiz 2738 xalla 16-cı pillədə qərarlaşıb.
Teymur Rəcəbov (2698) möveqyini qoruyub, o yenə 33-cüdür. 13 pillə irəliləyən Rauf Məmmədov (2656) isə 69-cu pilləyə yüksəlib.
Siyahıya norveçli Maqnus Karlsen (2831 xal) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2805 xal) ikinci, bu ölkənin digər şahmatçısı Hikaru Nakamura (2802 xaç) üçüncüdür.
Qadınların reytinq cədvəlində təmsilçilərimizdən ən yaxşı göstəriciyə Günay Məmmədzadə imza atıb. Üç rəqibini qabaqalayan şahmatçı 2421 xalla 36-cı yerdədir. Bir pillə irəliləyən Gövhər Beydullayeva (2404) 43-cü yerə yüksəlib, Ülviyyə Fətəliyevanın (2381) isə 67-ci pillədəki mövqeyi dəyişməyib. Xanım Balacayeva (2362) 4 pillə geriləyərək 83-cü olub.
Burada ilk üç pillədə çinli şahmatçılar – Yifan Hou (2633), Venyun Yu (2563) və Zonqyi Tan (2561) qərarlaşıblar.