AZ

Ağsuda qanunsuz yolla kömür istehsal edən şəxslər barəsində protokol tərtib olunub

Bakı, 25 noyabr, AZƏRTAC

Ağsuda qanunsuz yolla kömür istehsal edən şəxslər barəsində protokol tərtib olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı rayonun Nuran kəndində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.

Qanunsuz kömür istehsal edən şəxslərin kimliyi müəyyən olunub və onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb olunublar.

 

 

 

 

Seçilən
334
7
azertag.az

9Mənbələr