Bakı. Trend:
Hindistanın Baş naziri Narendra Modi yerli istehsal olan “Tejas”yüngül qırıcı təyyarəsində uçuş həyata keçirib.
Trend xəbər verir ki, bubarədə Hindistan hökumətinin rəhbəri özünün sosial media hesabındayazıb.
Uçuş ölkənin cənubundakı Karnataka ştatının Banqalor şəhərindəbaş tutub. “Tejas” bir nəfərlik qırıcı təyyarə olsa da, NarendraModi onun iki yerlik təlim versiyasında səmaya qalxıb.
Hindistanın “Aeronautics Limited” kompaniyası tərəfindənistehsal olunan “Tejas” qırıcı təyyarəsi üzərində çalışmalar1980-ci illərdən bəri davam edir. Təyyarə 2015-ci ildə HindistanHərbi Hava Qüvvələrində silahlanmaya qəbul olunub. Hazırda onun“Tejas Mk2” modifikasiyası üzərində işlər gedir.