AZ

Sabah 10 dərəcə şaxta olacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 5-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Seçilən
125
49
publika.az

10Mənbələr