Bakı. Trend:
Almaniyanın Münxendə şəhərində iş adamı və diaspor fəalı EminSalimovun təşəbbüsü və Avropa Yanuş Korçak Akademiyasının dəvətiilə azərbaycanlı rejissor Rüfət Əsədovun “Mənim dostum Meir”sənədli filminin təqdimatı keçirilib.
Trend xəbər verir ki,tədbirdə Münxendə yaşayan Azərbaycan və yəhudi diasporlarınınfəalları, mədəniyyət xadimləri iştirak ediblər.
Bildirilir ki, təqdimatdan əvvəl tamaşaçılarla görüşən rejissorR. Əsədov Azərbaycanda dövlət səviyyəsində uğurla həyata keçirilənetnik birgə yaşayışın əhəmiyyətindən danşıb, təqdim olunan filminölkəmizdə yaşayan dağ yəhudilərinin doğulub boya-başa çatdıqlarıAzərbaycana sonsuz məhbbətlərinin, Ana Vətənə bağlılıqlarınıntərənnüm olunduğunu vurğulayıb.
O, həmçinin, ekran əsərinin dağ yəhudilərinin Azərbaycandaqorunub saxlanılan adən-ənənələrindən və milli-mənəvi dəyərlərindənbəhs etdiyini bildirib.
Qeyd olunub ki, film Azərbaycan və İsrail kinematoqrafçılarınınbirgə işidir.
Ekran əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə və maraqlaqarşılanıb.