AZ

Sabiq qərargah rəisi barəsində həbs qərarı verildi - Yenilənib

Azərbaycanda N saylı hərbi hissənin sabiq qərargah rəisi saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polkovnik-leytenant Ramil İbrahimov rüşvət almaqda ittiham edilir.

Hazırda Respublika Hərbi Prokurorluğunda ilkin istintaq işləri aparılır.

Qeyd edək ki, eks-qərargah rəisi bir müddət əvvəl təqaüdə çıxıb.

***

Bakı Hərbi Məhkəməsinin qərarı ilə Ramil İbrahimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sail Ağasəlim

Seçilən
101
6
qafqazinfo.az

10Mənbələr