AZ

İsrail fələstinli məhbusların ikinci qrupunu azad edib

İsrail Qəzzadan olan fələstinli məhbusların ikinci qrupunu azad edib.

Demokrat.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Həbsxanadan çıxan fələstinlilər Fələstinin iki əsas bölgəsindən biri olan İordan çayının qərb sahilinə aparılıb. Keçmiş məhbusları daşıyan avtobuslar Beytuniya şəhərinə gəlib.

Telekanalın məlumatına görə, onları qarşılamaq üçün şəhərə yüzlərlə yerli sakin, o cümlədən həbsdən çıxanların qohumları toplaşıb.

Seçilən
339
4
demokrat.az

6Mənbələr