AZ

TƏCİLİ: Dəməşqdən qalxan “gizli” təyyarə: Əsədi aparır? - FOTOLAR

Suriya müxalifətinin irəliləyişi davam edərkən Dəməşqdən qalxan bir təyyarənin Bəsrə Körfəzi istiqamətində uçduğu müşahidə edilib.

Musavat.com “Haber7”yə istinadən xəbər verir ki, təyyarənin içində Suriya prezidenti Bəşər Əsədin olduğu bildirilir.

"Flight Aware" adlı internet saytında yer alan məlumata görə, təyyarə Dəməşqdən saat 18:57-də havalanıb.

Məlumata görə, təyyarə Kuveyt Beynəlxalq Hava Limanına eniş edib.

Başqa bir gizli təyyarə isə Dəməşqdən qalxaraq Qətərin Əbu-Dabi şəhərinə eniş etdiyi müşahidə olunub.

AFP-nin məlumatına görə, Suriya Prezidentlik Ofisinin verdiyi açıqlamada, Bəşər Əsədin Şamda vəzifəsinin başında olduğu bildirilib.

Açıqlamada deyilir: "Bəşər Əsədin Şamdan ayrıldığına dair yayılan şayiələr və yalan xəbərlər pisləyirik. Əsəd milli və konstitusion vəzifələrini paytaxtdan izləməyə davam edir."

Suriya Dövlət xəbər agentliyi də Bəşər Əsədin Şamda qalmağa davam etdiyini qeyd edib.

Musavat.com

Seçilən
84
2
musavat.com

3Mənbələr