Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə deyil.
Publika.az xəbər verir ki, bu barədə CNN mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, siyasətçinin ofisinin bəyanatına baxmayaraq, dövlət başçısı şəhərdə onu tapıla biləcəyi yerlərin heç birində yoxdur. Bundan əlavə, adətən siyasətçini qoruyan və onun hərəkətləri zamanı onu müşayiət edən mühafizəçilər də yoxdur. Bu səbəbdən Əsədin qaça biləcəyi ilə bağlı fərziyyələr ortaya çıxmağa başlayıb.
“Üsyançı qüvvələr Əsədin yeri barədə etibarlı məlumatlara malik deyillər və onu tapmaq üçün cəhdlərini davam etdirirlər”, - mənbə əlavə edib.
Dekabrın 7-də Əsədin ofisi onun başqa ölkələrə gizli səfərləri ilə bağlı məlumatlara cavab verib. Suriya rəsmisilərinin sözlərinə görə, bəzi xarici KİV-lər Suriya Prezidentinin Dəməşqi tərk etdiyini yazır. Əsəd bu iddiaları rədd edir və Suriya xalqını çaşdırmaq cəhdi kimi qiymətləndirir.