İsrail ordusuna məxsus zirehli texnikalar Suriya ərazisinin dərinliklərinə doğru irəliləyib.
Titul.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Al-Mayadin” yayıb.
Bildirilib ki, İsrail tankları hazırda paytaxt Dəməşqdən təqribən 20 kilometr məsafədə yerləşir.
Telekanalın hesablamalarına görə, İsrail aviasiyası Suriyanın hərbi obyektlərinə 250 zərbə endirib. Belə ki, dekabrın 10-na keçən gecə Homs, Hama və Rəqqə vilayətlərində hədəflərə zərbələr endirilib.//“Qafqazinfo”
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!