AZ

“İmam elan olunmuşam, mənə hər şey olar”

“Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətova sui-qəsd hazırlamaqda, məscidin xidmətçisinə xəsarət yetirməkdə ittiham olunan Elşən Hüseynovun məhkəməsi yekunlaşmaq üzrədir.

Publika.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda sonuncu şahidlərin istintaq dövründə verdikləri ifadələri elan edilib.

Bundan sonra sənədlər tədqiq edilib.

Sədrlik edən hakim müttəhimdən bir daha əməlindən peşman olub-olmadığını soruşub.

Təqsirləndirilən şəxs imamla görüşünə icazə vermədiyi üçün xidmətçi Rəsul Həsənlini öldürmək istədiyini, buna görə də peşman olmadığını deyib: “Dörd ay mənim imamla görüşməyimə icazə vermədi. Buna görə ondan qan çıxmalı idi. İmam elan olunmuşam, mənə hər şey olar”, - deyə müttəhim əlavə edib.

Seçilən
51
1
publika.az

10Mənbələr