AZ

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub - Vətən Naminə

">

Noyabr 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdi-Zadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Saatlı Rayon Prokurorluğundan VETENNAMİNE.AZ -a verilən məlumata əsasən, araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdi-Zadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdi-Zadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdi-Zadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Vətən Naminə Mətbuat Xidməti

Seçilən
269
2
vetennamine.az

10Mənbələr