AZ

Baş Prokurorluqda media nümayəndələri üçün interaktiv təlim keçirilib

Baş

 

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 27-də Baş Prokurorluqda media subyektləri və jurnalistlər üçün “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda təlim keçirilib.

Bu barədə Baş Prokurorluqdan AZƏRTAC-a məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun Mətbuat xidmətinin əməkdaşları, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və müxtəlif media qurumlarını təmsil edən jurnalistlərin iştirakı ilə keçirilən interaktiv təlimdə prokurorluq orqanlarında həyata keçirilən kommunikasiya siyasəti barədə ətraflı məlumat verilib, işin səmərəliliyinin artırılması yönündə media nümayəndələrinin təklifləri dinlənilib, o cümlədən mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Vətəndaşların operativ və düzgün məlumatlandırılması məqsədilə təşkil olunmuş interaktiv təlim zamanı, həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırılıb, belə təlimlərin davamlı olmasının zəruriliyi qeyd edilib.

 

 

Seçilən
205
15
azertag.az

10Mənbələr