Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.BUTA.TV sərəncamın mətnini təqdim edir: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri nəzərə alınmaqla, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.