AZ

Qəzzada atəşkəs iki gün uzadıldı

Qəzzada atəşkəs iki gün uzadılıb.

Day.Az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Qəzzada "humanitar fasilənin" daha 2 gün uzadılması ilə bağlı razılıq əldə edilib", - nazirliyin açıqlamasında deyilir.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Seçilən
948
36
day.az

10Mənbələr