AZ

Bakıda iranlı narkotik tədarükçüsü saxlanılıb

Bakı, 20 dekabr, AZƏRTAC

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 1978-ci il təvəllüdlü Rahmat Jabraeılnezhad paytaxt Bakıda saxlanılıb.

Onun yaşadığı evdən külli miqdarda heroin, 450 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

R.Jabraeılnezhad aşkar olunan narkotik vasitəni Yasamal rayonu ərazisində gizlədilən yerdən götürdüyünü və ayrı-ayrı yerlərə çatdırıb maddi qazanc məqsədilə əldə etdiyini bildirib.

O, narkotik vasitələrin əsas tədarükçülərindən biri olub, adı narkotiklə əlaqəli cinayətlərdə keçir.

Fakta görə cinayət işi başlanılıb, şübhəli şəxs edilib.

Seçilən
32
37
azertag.az

10Mənbələr