AZ

Qətər Avropanı qaz tədarükünə görə HƏDƏLƏDİ

"Əgər ölkələr istixana qazı emissiyası qaydalarına əməl etmədiklərinə görə cəzalar tətbiq edən yeni qanuna əməl etsələr, Qətər Avropaya qaz tədarükünü dayandıra bilər".   Manset.az Oxu.az- a istinadən xəbər verir ki, bunu Qətərin energetika naziri Saad əl-Kaabi "Financial Times" nəşrinə deyib. 2027-ci ildə qüvvəyə minəcək yeni qanuna əsasən, Avropa ölkələri şirkətləri illik gəlirlərinin 5%-i məbləğində cərimələyə bilər. Bununla belə, eyni zamanda, milli neft və qaz şirkəti "QatarEnergy"nin baş icraçı direktoru olan əl-Kaabi, şirkətinin gəlirinin 5%-nin Qətər üçün gəlir itkisi olduğundan şikayətlənib.

"Bu, xalqın puludur, ona görə də, mən bu pulları itirməyə hazır deyiləm. Heç kim bu cür pulu itirməklə barışa bilməz", - o bildirib.

Seçilən
199
3
manset.az

10Mənbələr