AZ

Ukrayna dronları koreyalıları bu cür “ovlayır”- VİDEO

Rusiya Şimali Koreya qoşunlarını Kursk vilayətində döyüşlərə göndərməkdə davam edir. Lakin Koreya əsgərləri Ukrayna dronları üçün tezliklə asan “ova” çevrilir.

“AzPolitika” xəbər verir ki, Ukrayna mediasında PUA-ların koreyalı əsgərləri məhv etməsinin görüntüləri yayımlanıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenkonun sözlərinə görə, Şimali Koreyalılar müasir müharibə şəraitinə uyğunlaşmayıblar. Onlar kamikadze dronları avtomatla, bəzən isə hətta əllərilə dayandırmağa çalışırlar.

Belə hallardan biri də Ukrayna PUA-sı tərəfindən qeydə alınıb.

Bundan əlavə, Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin əsgərləri bir həftə ərzində Kursk vilayətində açıq sahədə 77 Şimali Koreya əsgərini öldürüb, 40-dan çox əsgəri yaralayıb. 12 avtomobil də məhv edilib.

“AzPolitika.info”

Seçilən
248
50
azpolitika.info

10Mənbələr