Ötəngünkü təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Viral.az “tengrinews.kz”ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.
Bildirilib ki, həlak olan 38 şəxsin meyiti məhkəmə-tibbi ekspertiza mərkəzinə aparılıb, onların 6-sı Qazaxıstan vətəndaşı və 3-ü ekipaj üzvüdür.
Son Yazılar:
- 7 nəfərin şəxsiyyəti müəyyənləşdi – Aralarında Hökümə də VAR
- Hökumənin meyiti tapıldı
- Sağ qalanlardan 12 nəfər bu gün ölkəyə GƏTİRİLİR
Həlak olanlar arasında ekipaj üzvləri – pilotlar İqor Kşnyakin və Kalyaninov Aleksandr, həmçinin stüardessa Hökümə Əliyeva da var.
Qeyd edək ki, Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə sakinidir. O, BDU-da hüquq üzrə magistratura pilləsini bitirib.