AZ

Bu gün saat 12:00-da 1 dəqiqəlik sükut olacaq

Bu

Bu gün saat 12:00-da ölkə ərazisində 1 dəqiqəlik sükut olacaq.

1news.az xəbər verir ki, dekabrın 25-də Azərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində ekipaj üzvləri də daxil olmaqla çoxlu sayda insan həyatını itirib. Yaralıların isə müalicəsi davam etdirilir.

Ötən gün Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasında matəm elan edilib.

Seçilən
135
1
1news.az

10Mənbələr