AZ

Gürcüstanın yeni prezidenti vəzifəsinin icrasına nə zaman başlayacaq?

Gürcüstanın yeni seçilmiş prezidenti Mixeil Kavelaşvili vəzifəsinin rəsmi icrasına andiçmə mərasimindən iki sonra başlayacaq.

Teleqraf.com xəbər verir ki, o, dekabrın 29-da parlamentdə Seçicilər kollegiyası, hökumət, konstitusiya orqanlarının üzvləri və Pravoslav kilsəsinin nümayəndələri qarşısında and içəcək.

Mərasim üçün Gürcüstan konstitusiyasının xüsusi nüsxəsi hazırlanır.

Parlament sədri Şalva Papuaşvilinin bildirdiyinə görə, mərasim saat 11:00-da başlayacaq və təqribən 40 dəqiqə davam edəcək.


Müəllif: Cəmilə Babayeva
Seçilən
187
27
teleqraf.com

10Mənbələr