Demokrat.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
Nazir qeyd edib: “Zərərçəkən sərnişinlər və sağ qalan təyyarə bələdçiləri bildiriblər ki, Qroznı üzərində olarkən partlayış səsi eşidiblər. Hətta təyyarə bələdçisinin birinin qolu yaralanıb. Həmçinin sosial şəbəkələrdən və mətbuatın yaydığı görüntüdən də görmək olur ki, bir xanım qolundan və ayağından xəsarət alıb. Bundan başqa, təyyarənin qanadında deşik izlərini görmək olar.
Hava gəmisinin daxilində fyuzelyajda və müxtəlif kəsici alətlərlərin zədələri var. Rusiya vətəndaşları olan zərərçəkənlər də bildiriblər ki, Qroznı üzərində 3 dəfə partlayış səsi eşidiblər. Onların dediyinə görə, partlayış səsləri kənardan gəlib, daha sonra təyyarəyə nəsə toxunub”.
Onun sözlərinə görə, qəzanın ilk anından mətbuatda təyyarəyə quşların çırpıldığı yazılırdı. Amma mütəxəssislərin gəldiyi ilkin qənaət odur ki, yerdə olan təyyarə qalıqları və şahid ifadələri deməyə əsas verir ki, burada kənar müdaxilə olub. Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək. Bununla yanaşı, təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur.
Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq. Bundan başqa, pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək. GPS-in söndürülməsi ilə bağlı məsələ isə dəlillər ortaya qoyulduqdan sonra aydın olacaq”.
Nazir, həmçinin qeyd edib: “İstər yerli, istərsə də beynəlxalq mütəxəssislərin gəldiyi qənaət bundan ibarətdir ki, təyyarənin ekipajı qəhrəmanlıq göstərərək ən optimal eniş edib. Bunun nəticəsində də təyyarədə olan insanların böyük əksəriyyəti xilas edilib.
Azərbaycan öz hüququndan istifadə edərək beynəlxalq məsləhətçiləri də prosesə cəlb edib. Artıq onlarla təmaslarımız var”.
R.Nəbiyev əlavə edib ki, “Embraer” şirkətinin iki mütəxəssisi hadisə yerindədir, araşdırma qrupuna cəlb edilib. Eyni zamanda, Braziliyanın mütəxəssisləri də sabah hadisə yerində olacaqlar.
10Mənbələr
-
gundem.az"Təyyarə Qroznı üzərində olarkən 3 partlayış səsi eşidilib" ( 14460256)
-
xalqqazeti.azNazir Rəşad Nəbiyev: Təyyarəyə kənar müdaxilə olub ( 14453551)
-
gundem.az“Kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək” ( 14444248)
-
qaziler.azQalıqlar və şahid ifadələri təyyarəyə kənar müdaxilə olduğunu deməyə əsas verir - Rəşad Nəbiyev ( 14442859)
-
infoaz.wsTəyyarəyə kənar müdaxilə olub – Nazir ( 14442271)
-
baku.newsTəyyarəyə kənar müdaxilə olub – Nazir ( 14440570)
-
medianews.azNazir: “Kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək” ( 14439976)
-
yenicag.azRəşad Nəbiyev: “Təyyarəyə kənar müdaxilə olub” ( 14439931)
-
herbiand.azNazir: Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub ( 14439712)
-
demokrat.az"Təyyarəyə kənar müdaxilə olub" — Rəşad Nəbiyev ( 14439667)