Bakı. Trend:
Noyabrın 28-də Dövlət Sərhəd Xidməti və Gənclər və İdmanNazirliyinin təşkilatçılığı ilə Hərbçilər arasında Güləş üzrə 36-cıdünya çempionatının keçirilməsi münasibəti ilə ölkəmizə dəvətolunmuş Beynəlxalq Hərbi İdman Şurasının nümayəndələri, çempionatıntəşkilat komitəsinin rəhbərliyi və komandaların idarə heyətitərəfindən Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsiehtiramla anılıb, məzarı önünə əklil və gül dəstələri qoyulub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilənməlumata görə, şəhidlər xiyabanında Azərbaycanın azadlığı,müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş mərd oğul vəqızların xatirəsi anılaraq "Əbədi məşəl" abidəsinin önünə əklilqoyulub.
Daha sonra 27 noyabr 3 dekabr tarixlərində Dövlət SərhədXidmətinin "Sərhədçi" İdman Mərkəzində keçiriləcək çempionatınaçılış mərasimi münasibəti ilə mətbuat konfransı keçirilib.
Mətbuat konfransında beynəlxalq nüfuzlu yarışın Ümummilli LiderHeydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi, yarışların ənyüksək səviyyədə təşkil edilməsi böyük qürur hissi ilə qeydolunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı QüvvələrinMüzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Birincivitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilmişuğurlu idman siyasəti nəticəsində Azərbaycanın dünyada idman ölkəsikimi tanındığı bildirilib.
Güləş üzrə 36-cı dünya çempionatında rəsmi qonaqlar, o cümlədəndünyanın ən böyük idman təşkilatlarından olan Beynəlxalq Hərbiİdman Şurasının rəhbərliyi, yüksək rütbəli hərbçilər və beynəlxalqidman aləminin tanınmış simalarının iştirak edəcəyi vurğulanıb.
Dünya çempionatında sərbəst və yunan-Roma güləşi üzrə 18 ölkədən(Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Braziliya, Albaniya,Italiya, İsveçrə, Iran, Belarus, Ruminya, Monqolustan, Nigeriya,Əlcəzair, Tunis, lordaniya və Tanzaniya) müxtəlif çəkidərəcələrində 176-sı kişi, 46-sı qadın olmaqla, ümumilikdə 222idmançının və 12 nəfərdən ibarət beynəlxalq dərəcəli peşəkar hakimqrupunun yer alacağı barədə media nümayəndələrinə məlumatverilib.
Sonda yarışların keçirilməsinə dair bütün texniki məsələlərinnəzərdən keçirildiyi və hazırlıq işlərinin sürətlə davametdirildiyi bildirilib, çempionatda mübarizə aparacaq idmançılaramüvəffəqiyyətlər arzulanıb.