Rusiya səmasında vurulduqdan sonra Aktauda qəza enişi edən AZAL-a məxsus təyyarədə həlak olmuş daha 24 nəfərin cənazəsi Azərbaycana gətirilib.
KONKRET.az xəbər verir ki, cənazələri gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Həlak olan həmyerlilərimizin nəşi sabah ailələrinə təhvil veriləcək.
KONKRET.az