Rusiya Finlandiyaya və NATO-nun şərq cinahındakı digər ölkələrə potensial hücuma hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə Finlandiyanın "Iltalehti Journal" media qrupu məlumat yayıb.
Məlumatda qeyd edilib ki, hesablamalara görə, 1743-cü il sərhədləri (red. 1743-cü ildə Rusiya imperiyası ilə İsveç arasında bağlanmışdı. Müqavilə Rusiya-İsveç müharibəsində (1741-1743) İsveçin məğlubiyyətini təsdiqlədi. Avqustun 7-də Finlandiyanın Abo şəhərində bağlanmışdı.) rus işğalının hədəfi ola bilər.
Xüsusilə, Rusiya qüvvələri Kymijoki çayına qədər bölgəni və şimalda Puumalan boğazını hədəfə ala bilər.
Toğrul İSMAYIL,
Musavat.com