Xırdalanda kişi özünü körpüdən atıb. 1news.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesində, Xırdalan dairəsi ətrafındakı körpüdə qeydə alınıb. Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ramin Orucov körpüdən özünü atıb. Nəticədə, müxtəlif bədən xəsarətləri alan R.Orucov xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, R.Orucov səhhətindəki problemlər üzündən intihara cəhd edib. Faktla bağlı araşdırma aparılır.