Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Cənubi Koreyaya rəhbərliyinı məktub göndərib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan Cənubi Koreyada baş verən bugünki təyyarə qəzasında həyatını itirənlərin ailələrinə, eləcə də Cənubi Koreya xalqına və hökumətinə başsağlığı verib: "Dost Koreya Respublikasında Muan Beynəlxalq Hava Limanında baş verən faciəvi təyyarə qəzası bizi dərindən kədərləndirdi. Şəxsim və xalqım adından qəzada həyatını itirənlərin ailələri, dost Cənubi Koreya xalqı və hökumətinə başsağlığı verirəm".
Lamiyə Əhmədli
MİA.AZ