Bu gün səhər Yer kürəsində zəif maqnit qasırğası başlayıb.
Bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leusun məlumat verib.
“Dünən axşamdan geomaqnit sahəsi bir qədər pozulmuş vəziyyətdədir” - Leus teleqram kanalında bildirib.
Onun sözlərinə görə, Yerin maqnitosferində pozulma səviyyəsi beş vahidə çatıb, bu da G1 sinfinin zəif maqnit qasırğasının başlanğıcını göstərir.
"Cebheinfo.az"