AZ

Xızı polisi 7 ədəd sənədsiz silahı təhvil götürüb

Bakı. Trend:

Xızı polisi 7 ədəd sənədsiz silahı təhvil götürüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regionalqrupundan Trend-ə verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsininəməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsindəqanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvilverilməsi təmin edilib.

Qeyd olunan tədbirlər zamanı noyabrın 28-də polis əməkdaşlarıtərəfindən 1 ədəd “AKS-74” markalı avtomat, 1 ədəd həmin silahaməxsus patron darağı, 6 ədəd müxtəlif növ tüfəng və 25 ədəd güllətəhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Məqalədə:
Seçilən
222
21
az.trend.az

10Mənbələr