AZ

İspaniya Superkubokunun ilk finalçısı bəlli oldu

İspaniya Superkubokunda finala yüksələn ilk komanda bəlli olub.

"Cebheinfo.az"  xəbər verir ki, yarımfinalda “Atletik” (Bilbao) və “Barselona” komandaları qarşılaşıb. 

Görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Qavi (17) və Lamin Yamal (53) vurublar. Bununla da “Barselona” adını finala yazdırıb.

Qeyd edək ki, yarımfinalın digər görüşündə “Real Madrid” ilə “Malyorka” üz-üzə gələcək. Finalı matçı isə yanvarın 12-də baş tutacaq.

"Cebheinfo.az" 

Seçilən
20
8
cebheinfo.az

5Mənbələr