Florentino Peres yenidən İspaniya nəhənginin rəhbəri seçilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Budəfəki seçkidə yeganə namizəd olan Peres prezident postunu 2029-cu ilədək tutacaq.
77 yaşlı funksioner 2000-ci ildən “Real”ın prezidentidir. O, 2006-cı ildə istefa versə də, 2009-cu ildə də yenidən klubun sükanı arxasına keçib. Ümumilikdə Peres altı dəfə bu vəzifəyə seçilib.