Demokrat.az AZAL-a istinadən xəbər verir ki, bu tərəfdaşlıq Azərbaycanın qlobal aviasiya sektorunda mövqeyini möhkəmləndirmək üçün əməliyyat prosedurlarının, texniki xidmət proseslərinin və normativ tələblərə uyğunluğun kompleks analizini və təkmilləşdirilməsini nəzərdə tutur.
AZANS və NATS arasında əməkdaşlıq strateji təşəbbüslərin həyata keçirilməsinə yönəlib:
-Uçuş təhlükəsizliyin artırılması və gecikmələrin azaldılması məqsədilə rabitə, naviqasiya və müşahidə (CNS) prosedurlarının və sistemlərinin optimallaşdırılması.
-Əməliyyatların davamlılığı və etibarlılığını təmin edəcək beynəlxalq standartlara uyğunluğun gücləndirilməsi.
-Davamlı inkişafa və əməliyyat proseslərinin təkmilləşdirilməsinə yönəlmiş qabaqcıl texnologiyaların və qlobal təcrübələrin tətbiqi.
-Kadr potensialının inkişafı və təkminləşdirilməsi, o cümlədən NATS ekspertlərinin iştirakı ilə xüsusi təlimlər, səfərlər və birgə seminarlar.
-"Strateji yerləşməsinə görə Azərbaycan və Heydər Əliyev Beynəlxalq Aeroportu əsas hava nəqliyyatı mərkəzinə çevrilmək üçün unikal imkana malikdir. NATS ilə -tərəfdaşlıq bizə təhlükəsizliyə, ekoloji dayanıqlığa və əməliyyat səmərəliliyinə xüsusi diqqət yetirməklə müasir aviasiyanın ən yüksək standartlarına cavab verməyə imkan verəcək”, – deyə AZANS HHİ-nin direktoru Fərxan Quliyev bildirib.
NATS-ın Baş icraçı direktoru Martin Rolf isə vurğulayıb: "Azərbaycan aviasiya sektorunda sürətlə inkişaf edir və bu saziş bizim üçün dünyanın ən işlək hava limanlarının və hava məkanının idarə olunması təcrübəmizi bölüşmək üçün bir fürsətdir. Mən birlikdə işləmək, təcrübə mübadiləsi aparmaq və Azərbaycana məqsədlərinə çatmaqda köməklik etməyi səbirsizliklə gözləyirəm.”
10Mənbələr
-
baku.newsAZAL və NATS güclərini birləşdirir ( 14980977)
-
sfera.azAZAL və NATS strateji əməkdaşlıq haqqında saziş imzaladı ( 14979549)
-
demokrat.azAZAL və NATS strateji əməkdaşlıq haqqında saziş imzalayıb ( 14978855)
-
banco.azAZAL və NATS strateji əməkdaşlıq haqqında saziş imzalayıb ( 14978267)
-
ikisahil.azAZAL və NATS strateji əməkdaşlıq haqqında saziş imzalayıb ( 14977573)
-
hokm.azAZAL və NATS güclərini birləşdirir ( 14977339)
-
apress.azAZAL və NATS güclərini birləşdirir ( 14977335)
-
bizim.mediaAZAL və NATS strateji əməkdaşlıq haqqında saziş imzaladı ( 14976927)
-
xalqcebhesi.azAZANS və NATS Azərbaycanın hava hərəkətinin idarəetmə standartlarını yüksəltmək üçün güclərini birləşdirir ( 14976807)
-
day.azAZAL və NATS Azərbaycanın hava hərəkətinin idarəetmə standartlarını yüksəltmək üçün güclərini birləşdirir ( 14976661)