Alp dağlarında qar uçqunu faciə ilə nəticələnib.
Parol.az xəbər verir ki, iki ayrı qar uçqunu nəticəsində beş xizəkçi həlak olub.
Cənub-Şərqi Savoya bölgəsindəki Val-Cenisdə uçqun dörd norveçli xizəkçinin həyatına son qoyub, isveçrəli bir xizəkçi isə daha şimalda, Şamoniks yaxınlığında, Yuxarı Savoya bölgəsində ölüb.