Səhiyyə Nazirliyi atəşkəs başa çatdıqdan sonra üç saat ərzində Qəzza zolağında ən azı 32 nəfərin öldüyünü açıqlayıb.
Cebhe.info xəbər verir ki, HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti qadın və uşaq olmaqla onlarla insanın yaralandığını qeyd edib.
Xatırladaq ki, cümə günü səhər saatlarında İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edib və Qəzza zolağında hərbi əməliyyatların bərpa olunduğunu elan edib.