Brüsseldə Ukraynanın müdafiə naziri Rustem Umerovla Pentaqon rəhbəri Pit Heqset arasında görüş olub.
Axar.az xəbər verir ki, bu barədə ukraynalı nazir Feysbuk hesabında yazıb.
“ABŞ-ın yeni müdafiə naziri Pit Heqset ilə aramızda ilk görüş baş tutdu” – o qeyd edib.
R. Umerov danışıqların detallarını açıqlamayıb.
Qeyd edək ki, bu gün Brüsseldə Böyük Britaniyanın müdafiə naziri Con Hilinin sədrliyi ilə “Ramştayn” formatında növbəti görüş keçiriləcək.